Qrenlandiyanın ABŞ-yə qoşulması, onlara xeyirdir - Tramp
Qrenlandiya xalqı ABŞ-yə qoşulmaqdan faydalanacaq.
Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp sosial şəbəkə səhifəsində yazıb.
"Qrenlandiya inanılmaz yerdir və o, nə vaxtsa bizim millətimizin bir hissəsi olarsa, insanlar bundan böyük fayda görəcək. Biz onu çox pis xarici dünyadan qoruyacaq və əziz tutacağıq", - deyə o qeyd edib.
Tramp həmçinin bildirib ki, oğlu kiçik Donald Tramp möhtəşəm əraziləri və görməli yerləri ziyarət etmək üçün adaya gedəcək. Onunla Qrenlandiya hökumətinin üzvləri arasında heç bir görüş nəzərdə tutulmayıb.
Türkan İSGƏNDƏRLİ