Litva Çinlə münasibətləri bərpa etməyə hazırdır

 12:17 07.01.2025     159

Litva Çinlə diplomatik münasibətləri bərpa etməyə hazırdır, lakin bu, bərabər əsasda baş verməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə Baltik Respublikasının Baş naziri Gintautas Paluckas məlumat yayıb.

“Diplomatik münasibətlərin bərpası bu və ya digər ölkədə səfir rütbəsində diplomatların olmasını nəzərdə tutursa, əgər Çin Litvaya səfir göndərsə, biz də öz növbəmizdə Pekinə səfir göndərəcəyik. Ancaq Litvanın bəzi güzəştlərə getməli olduğu görünürsə, bunlar boş şərhlərdir”.

Onun sözlərinə görə, şərtlər tək tərəfli olarsa, razılaşma çətin əldə olunacaq.

Türkan İSGƏNDƏRLİ