Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş ETDİ

Rusiyanın UTair aviaşirkətinin Boeing-737 təyyarəsi Moskvanın Vnukovo hava limanında məcburi eniş edib.
Redaktor.az xəbər verir ki, təyyarədə texniki nasazlıq olduğu müəyyən edilib.
Hava gəmisinin Sankt-Peterburqdan Özbəkistanın Səmərqənd şəhəri istiqamətində uçduğu bildirilib.