Çində virusa görə məktəblər BAĞLANIR
![](https://img.redaktor.az/news/2025/01/photo_266212.jpg)
Çinin Uhan şəhərində metapnevmovirus HMPV virusunun sürətlə yayılması nəticəsində məktəblərin bağlanmasına qərar verilib.
Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə uşaqları təsir edən virus COVID-19-a bənzər simptomlar göstərir. Xəstəxanalardakı həddindən artıq sıxlıq COVID-19-un ilk günlərini xatırladır. Virusun yayılmasının qarşısının alınması üçün həyata keçirilən tədbirlər çərçivəsində Hindistanın Karnataka ştatında üç yoluxma halı aşkarlanıb.