"UTair" təyyarəsinin Vnukovoya eniş səbəbi AÇIQLANDI
Sankt-Peterburqdan Səmərqəndə uçan "UTair" aviaşirkətinə məxsus təyyarə sağ mühərrik stabilizatorunda texniki nasazlıq səbəbindən Vnukovo hava limanına enib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"Səbəb sağ mühərrikin stabilizatorunun texniki nasazlığı olub", - məlumatda deyilir.
Turan İSMAYIL