Pasxayadək Rusiya ilə Ukrayna arasında sülh razılaşması imzalana bilər - KİV

 19:16 07.01.2025     107

“Pasxa bayramınadək Rusiya ilə Ukrayna arasında rəsmi Kiyev üçün ağır şərtləri özündə ehtiva edəcək sülh razılaşması imzalana bilər”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ-nin Yorktaun İnstitutunun eksperti Robert Klark deyib.

O bildirib ki, həmin sənəd Rusiya ordusunun nəzarətindəki ərazilərdən çıxması anlamına gəlməyəcək:

“ABŞ bu məsələni Pasxa bayramına qədər həll etmək istəyir. Ona görə də Ukrayna tərəfi çarəsizlikdən belə bir sənədi imzalamağa razılaşacaq. Hər şey həm Putinin, həm də Zelenskinin ərazi itkilərini qəbul etməsindən asılıdır. Bütün proseslər bu məsələnin üzərində qurulub”.

//APA