Jean-Mari Le Pen 96 yaşında vəfat ETDİ
Fransanın sağçı Milli Cəbhə (FN) partiyasının qurucusu Jean-Mari Le Pen 96 yaşında dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, Le Pen-in ailəsi yerli mətbuata açıqlama verərək onun vəfat etdiyini təsdiqləyib. Fransanın BFMTV kanalı Le Pen-in son bir neçə ildə ciddi sağlamlıq problemləri ilə mübarizə apardığını bildirib.
Milli Məclisdə təmsil olunan sağçı RN (Milli Birlik) partiyasının baş katibi Jordan Bardella sosial şəbəkədə paylaşım edərək Le Pen-i "Hind-Çindən Əlcəzairə qədər Fransa formasını daşıyan və ölkəsinə xidmət edən bir insan" kimi xarakterizə edib. Bardella, Le Pen-in ölümündən dərin kədər hissi keçirdiyini qeyd edib.
Jean-Mari Le Pen-in vəfatı qızı və RN-nin Milli Məclisdəki qrup sədr müavini olan Marin Le Pen-in Hind Okeanındakı Mayotte adasında olduğu vaxt baş verib.
Qeyd edək ki, Jean-Mari Le Pen, Fransanın siyasi səhnəsində mübahisəli fiqur kimi tanınırdı. O, sağçı və miqrant əleyhinə çıxışları ilə geniş müzakirələrə səbəb olmuşdu.
Seymur BƏNNAYEV