Çində zəlzələ nəticəsində ölənlərin sayı 126-ya ÇATDI

 20:28 07.01.2025     126

Çinin Tibet Muxtar Bölgəsində baş verən 6,8 bal gücündə zəlzələ nəticəsində indiyədək 126 nəfər həyatını itirib, 188 nəfər yaralanıb.

Redaktor.az xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC), zəlzələnin episentrinin Tibet Muxtar Bölgəsinin Şigatse şəhərinin Tingri mahalında yerləşdiyini açıqlayıb.

Zəlzələ yerli vaxtla saat 09:05-də, yerin 10 kilometr dərinliyində qeydə alınıb.

Sinxua agentliyinin xəbərinə görə, təbii fəlakət nəticəsində 126 nəfər ölüb, 188 nəfər yaralanıb və 1000-dən çox bina müxtəlif səviyyələrdə zərər görüb.

Zəlzələdən sonra Çin Zəlzələ İdarəsi bölgəyə yardım işləri üçün xilasetmə qruplarını göndərib.

ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) isə zəlzələnin gücünü 7,1 bal olaraq qeydə aldığını açıqlayıb.

Seymur BƏNNAYEV