Tibetdəki 6,8 bal gücündə zəlzələ Hindistanı da SİLKƏLƏDİ
Çinin Tibet Muxtar Bölgəsinin Şigatse şəhərində baş verən 6,8 bal gücündə zəlzələ Hindistanda da hiss olunub.
Redaktor.az xəbər verir ki, zəlzələnin təsiri ilə Hindistanın şərqində yerləşən, Gaya şəhərindəki məşhur Buddist məbədi də silkələnib. Təbiət hadisəsi bölgədə qorxu və təşvişə səbəb olub.
Hindistandakı məbəddə ciddi bir zərər olub-olmadığı barədə hələ ki, ətraflı məlumat verilməyib.
Qeyd edək ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzi, zəlzələnin episentrinin Şigatse şəhəri olduğunu açıqlayıb. Yerli vaxtla saat 09:05-də baş verən zəlzələ yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Seymur BƏNNAYEV