Terrorsuz Türkiyə hədəfimizə çatacağıq - Ərdoğan

 21:46 07.01.2025     145

Terrorsuz Türkiyə hədəfimizə çatacağıq.

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahında çıxışında deyib.

O bildirib ki, Suriyadakı hakimiyyət dəyişikliyi nəticəsində həm Türkiyənin, həm də regionun gələcəyi üçün yeni fürsətlər yaranıb: "Suriya ilə bağlı öhdəmizə düşəni edəcəyik. Suriyalı qardaşlarımızın əlindən tutmağa davam edəcəyik".

Ərdoğanın sözlərinə görə, Suriyada baş verən hadisələr Türkiyəni yaxından maraqlandırır: "Suriyanın yenidən bərpası üçün vaxta ehtiyac var. Bu məlumdur. Beynəlxalq ictimaiyyət həmin prosesə töhfə verməlidir. Türkiyə olaraq biz də bütün planlarımızı bu reallıqlara uyğun qururuq".