Almaniyada şirkət binasında atışmada iki nəfər ÖLDÜ
Almaniyanın cənub-qərbindəki Bad Fridrixşall (Baden-Vürtemberq) şəhərində maşınqayırma şirkətinin binasına naməlum hücumçu atəş açıb, nəticədə iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb.
Redaktor.az DPA agentliyinə istinadla xəbər verir ki, hücum edən şəxs qaça bilib.
İlkin məlumata görə, Bakı vaxtı ilə saat 20:45 radələrində maskalı şəxs şirkət binasına daxil olaraq atəş açmağa başlayıb. Polis cinayətkarın tutulması istiqamətində əməliyyat aparıldığını bildirib. Eyni zamanda hüquq-mühafizə orqanlarının nümayəndələrinin sözlərinə görə, əhali üçün heç bir təhlükə yoxdur. Əməliyyata helikopter cəlb olunub.
Bad Fridrixşallın təxminən 20 min əhalisi var.
Turan İSMAYIL