Kanadanın ABŞ-yə qoşulma şansı yoxdur - Baş nazir

 00:05 08.01.2025     143

Kanadanın Baş naziri Castin Trüdo ölkəsinin heç vaxt ABŞ-nin 51-ci ştatı olmayacağını deyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə X-də yazıb.

"Kanadanın ABŞ-nin bir hissəsi olmaq şansı yoxdur", - deyə hökumət başçısı bildirib.

Onun sözlərinə görə, hər iki xalq öz ölkələrinin “ticarət və təhlükəsizlik sahəsində bir-birinin ən böyük tərəfdaşı olmasından” faydalanır.

Xatırladaq ki, bundan əvvəl ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp demişdi ki, bir çox kanadalılar öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını dəstəkləyirlər. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu “Rusiya və Çin gəmilərindən” gələn xarici təhlükələrdən qoruyacaq.

Turan İSMAYIL