"Türkiyə Suriya xalqını qucaqlayıb"
Livanın Dürzi lideri Valid Canbolat, Türkiyənin Suriya xalqını qucaqladığını vurğulayıb və son Ankara səfərinin məqsədinin Suriya ilə həmrəylik göstərmək və yeni rejimə dəstək vermək olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, İrəliləyişçi Sosialist Partiyasının keçmiş sədri Canbolat, Livanın LBC xüsusi televiziya kanalına verdiyi müsahibədə bu barədə fikirlərini bölüşüb.
Türkiyəyə səfərinin əsas məqsədinin Suriya və yeni rejimlə əlaqələr qurmaq olduğunu deyən Canbolat, bunları qeyd edib:
"Biz, Suriya və (Suriya yeni rejiminin lideri) Əhməd Şaraa ilə əlaqə qurmaq üçün mexanizmlər inkişaf etdiririk. Türkiyənin hazırkı rolundan narahat deyiləm. Bugünkü Türkiyə, Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyəsidir və Türkiyəni fərqləndirən şey onun böyük müxtəlifliyidir. Türkiyə, Suriya xalqını qucaqlayıb".
Canbolat, Türkiyənin bölgədəki rolunu yüksək qiymətləndirərək, Suriyada yeni rejimə dəstək üçün beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Seymur BƏNNAYEV