İsrail dörd fələstinlini həbs ETDİ
İsrail ordusu İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı 4 fələstinlini saxlayıb və bir sıra yaşayış məntəqələrində axtarışlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, İsrail işğalçı qüvvələri Tulkərmin cənubunda yerləşən Farun qəsəbəsindən olan 4 vətəndaşı evlərinə basqın etdikdən sonra həbs edib. Həmçinin bildirilir ki, İsrail ordusunun Qalkilyə şəhərinə hücumu zamanı yerli sakinlərlə silahlı toqquşma baş verib.
Xatırladaq ki, Fələstin-İsrail müharibəsi 2023-cü il oktyabrın 7-də başlayıb, hələ də davam edir.
Türkan İSGƏNDƏRLİ