Türkiyə silahlı qüvvələri bu kəndi vurdu

 10:25 08.01.2025     136

Türkiyə ordusu Suriyanın şimalında yerləşən Suluk kəndinə zərbələr endirib.

Redaktor.az bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Məlumata görə, kəndin cənub əraziləri bombalanıb. Dağıntı və tələfat barədə informasiya yoxdur.

Qeyd edək ki, yanvarın 5-də Türkiyə ordusu Suriyanın şimalında Kürdüstan PKK terror təşkilatının 32 üzvünü məhv edib. Türkiyə ilə PKK arasında münaqişə 1984-cü ildən davam edir. Türkiyə hakimiyyəti PKK-nı milli təhlükəsizliyə təhdid hesab edir və mütəmadi olaraq onun ölkədəki tərəfdarlarına qarşı reydlər, Suriya və İraqın şimalında əməliyyatlar keçirir. 

Türkan İSGƏNDƏRLİ