Hindistan Banqladeşin keçmiş Baş naziri ilə bağlı qərar verdi

 10:31 08.01.2025     150

Hindistan etirazlar fonunda istefa verdikdən sonra ötən ilin avqustundan respublikada olan Banqladeşin keçmiş Baş naziri Şeyx Hasinanın vizasını uzadıb.

Redaktor.az xəbər verir ki, bu barədə “The Business Standard” qəzeti məlumat yayıb.

Viza Əcnəbilərin Qeydiyyatı Regional Bürosu tərəfindən uzadılıb. Eyni zamanda, mənbələr Şeyx Hasinaya ölkədə sığınacaq verilməsi ilə bağlı fərziyyələri təkzib edərək, Hindistanda qaçqınlarla bağlı məsələləri tənzimləyən xüsusi qanunun olmadığına işarə edib.

Bundan əvvəl Banqladeş hakimiyyəti Hindistan Xarici İşlər Nazirliyinə nota göndərərək Şeyx Hasinanın ekstradisiyasını tələb etmişdi.

Türkan İSGƏNDƏRLİ