Afrika ilə həmrəylik Çin diplomatiyasının təməl daşıdır - Çin XİN

 10:56 08.01.2025     174

Afrika ölkələri ilə həmrəyliyin gücləndirilməsi Pekindəki diplomatlar üçün təməl daşına və strateji prioritetə ​​çevrilib.

Redaktor.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van Yi bildirib.

"Afrika ölkələri ilə həmrəyliyin və əməkdaşlığın gücləndirilməsi Çinin xarici siyasətinin təməl daşıdır və ölkəmizin uzunmüddətli, qəti strateji seçimidir. Uzun illərdir ki, Çinin xarici işlər nazirləri vəzifəsində çalışan məmurlar Afrikaya səfər ediblər. Pekinin Afrika ölkələri ilə əlaqələri inkişaf etdirmək və əməkdaşlığı təşviq etmək öhdəliyi beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq zəiflətmir, əksinə, güclənir”.

Van Yi Çinin Konqo Respublikasını etibarlı dost hesab etdiyini vurğulayıb.

“Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından ötən 60 il ərzində biz həmişə bir-birimizi başa düşmüşük və dəstəkləmişik. İki xalq arasındakı sarsılmaz dostluq çətinlikləri birlikdə dəf etməyə imkan verib.

Türkan İSGƏNDƏRLİ