Ermənistan Müdafiə Nazirliyindən xəbərdarlıq - işə gecikənlər QOVULACAQ

 12:24 08.01.2025     142

Ermənistan Müdafiə Nazirliyinin əməkdaşlarına işçi heyətinin daşınması üçün nəzərdə tutulmuş xidməti avtobusların ləğv ediləcəyi barədə xəbərdarlıq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Eyni zamanda Müdafiə Nazirliyinin heyətinə işə gecikməyin işdən çıxarılma ilə nəticələnə biləcəyi bildirilib.

"Müdafiə Nazirliyinin əməkdaşları qurumun binasının yaxınlığına heç bir nəqliyyat vasitəsinin gəlməməsindən narahatdırlar", - KİV-lər qeyd edir.

2024-cü il noyabrın 23-də Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasının efirində idarə avtomobillərinin sayının azaldılması planlarından bəhs edib. O, bu problemi "balta üsulu ilə" həll edəcəyini vəd edib. Ötən il dekabrın 3-də polis rəisi Aram Ovannisyan avtomobil karvanlarının və mühafizəçilərlə hərəkətin qadağan edilməsi, eləcə də bu cür avtomobil karvanlarının saxlanılaraq onların iştirakçılarının polisə gətirilməsi barədə əmr verib.