Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - AÇIQLAMA
![](https://img.redaktor.az/news/2025/01/photo_266321.jpg?v=MjA6NDcyMDI1LTAxLTA4IDE0OjQ5OjM1)
Hazırda gündəmdə Rusiya hərbi bazası haqqında müqavilənin dəyişdirilməsi məsələsi yoxdur.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib.
Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılmasının mümkünlüyü barədə danışan Ararat Mirzoyan qeyd edib ki, “belə bir məsələ gündəmdə yoxdur”.