Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş ETDİ

 17:47 08.01.2025     174

“Air Astana” aviaşirkətinin Almatıdan Antalyaya uçan təyyarəsi nasazlıq səbəbindən Aktauda təcili eniş edib.

Redaktor.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

"Yanvarın 8-də Almatı-Antalya marşrutu üzrə KC915 reysini yerinə yetirən “Airbus A321” tipli təyyarə yerli vaxtla saat 8:35-də hava limanından havaya qalxıb. Təyyarə texniki səbəbdən Aktau hava limanına ştat rejimində eniş edib. Buna səbəb əsas çənin yanacaq sisteminin qoruyucu klapanının nasazlığı olub", - məlumatda bildirilib.

Məlumata görə, Almatıdan ehtiyat hissəsinin gətirilməsinin zəruriliyi ilə əlaqədar reys yanvarın 9-u saat 9:20-yə təyin edilib.

"Sərnişinlər yeməklə təmin olunub və mehmanxanaya yerləşdirilib. Antalyadakı sərnişinlərlə də bağlı analoji tədbirlər görülür", - aviaşirkət bildirir.