Gürcüstanda yanvarın 9-u matəm günü elan EDİLDİ

 19:19 08.01.2025     144

Yanvarın 9-u Gürcüstanda matəm günü elan olunub.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze qərar imzalayıb.

Qərar Qal rayonunun Saberio kəndində baş verən yanğın nəticəsində beş uşağın faciəvi şəkildə həyatını itirməsi ilə bağlıdır.

Hadisə odla ehtiyatsız davranış səbəbindən baş verib. Yanğın nəticəsində kənddəki taxta ev tamamilə külə dönüb. Yanğında beş azyaşlı uşaq həyatını itirib.

Rəsmi məlumatlara görə, həlak olan uşaqların dəfn mərasimi sabah keçiriləcək.

Matəm günü ilə əlaqədar ölkədə dövlət qurumlarında bayraqlar endiriləcək və bir çox tədbirlər təxirə salınacaq. Gürcüstan hökuməti vətəndaşları həmrəylik göstərməyə və ehtiyac duyulan ailələrə dəstək olmağa çağırıb.