Tramp Ali Məhkəməyə müraciət ETDİ

 19:22 08.01.2025     184

ABŞ-nin seçilmiş prezidenti Donald Tramp, Nyu-Yorkdakı "sus payı" davası ilə bağlı 10 yanvarda keçirilməsi planlaşdırılan cəza məhkəməsinin ertələnməsi üçün ABŞ Ali Məhkəməsinə müraciət edib.

Redaktor.az xəbər verir ki, dünən Nyu-Yorkdakı apellyasiya məhkəməsi onun müraciətini rədd etdikdən sonra Tramp, bu gün Ali Məhkəməyə təcili müraciət edib.

Trampın hüquq komandasının müraciətində məhkəmənin ertələnməsinin vacib olduğu qeyd edilib:

"Bu məhkəmə, prezidentlik institutu və federal hökumətin işləməsinə qarşı ciddi haqsızlıq və zərərin qarşısını almaq üçün Nyu-Yorkdakı məhkəmənin davam etməsini dərhal dayandırmalıdır", - ifadələri yer alıb.

Ali Məhkəmə, müraciəti nəzərdən keçirmək üçün, sabah səhərədək işin prokurorları tərəfindən cavab verilməsini tələb edib.

Seymur BƏNNAYEV