Yunanıstan bu ölkələrlə enerji sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR

 22:00 08.01.2025     135

Yunanıstan, Kipr və Misir liderləri enerji, müdafiə, liman xidmətləri və mədəniyyət sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Redaktor.az xəbər verir ki, bunu Qahirədə keçirilən üçtərəfli sammitin yekunları üzrə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis deyib.

Onun sözlərinə görə, sammitdə enerji sahəsində strateji əməkdaşlığı gücləndirmək öhdəliyi bir daha təsdiqlənib.

Qeyd edək ki, bu gün Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Yunanıstan Baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Kristodulides arasında 10-cu üçtərəfli sammit keçirilib.

Tərəflər, eləcə də Kipr qazının Misirin LNG qurğuları vasitəsilə ixracı imkanları və Misirlə Yunanıstan arasında elektrik enerjisi bağlantısı mövzularını müzakirə ediblər.

//Report