İspaniyada "Qızıl Viza" proqramı DAYANDIRILIR
İspaniya, 2013-cü ildən bəri tətbiq olunan və xarici vətəndaşlara investisiya etmələri və ya ev satın almaları şərti ilə yaşayış icazəsi verən "qızıl viza" proqramının aprel ayında sona çatdırılacağını elan edib.
Redaktor.az xəbər verir ki, 2013-cü ildən qüvvədə olan proqramın dayandırılması ilə bağlı qanun keçən ilin noyabr ayında Senat və Parlament tərəfindən təsdiqlənmiş və 3 yanvarda Rəsmi Qəzetdə dərc olunub. Qanuna əsasən, "qızıl viza" proqramı 3 aprel tarixindən etibarən qüvvədən düşəcək.
Bu proqram 2013-cü ildə, iqtisadi böhran dövründə o dövrün sağçı hökuməti tərəfindən tətbiq edilmişdi. Şərtlərə əsasən, Avropa İttifaqına daxil olmayan ölkələrin vətəndaşlarına 500 min avrodan çox dəyərdə daşınmaz əmlak alan və ya 1 milyon avrodan artıq sərmayə yatıran şəxslərə "qızıl viza" təqdim olunurdu.
Seymur BƏNNAYEV