Bayden səlahiyyət müddətinin sonuna qədər onları terror təşkilatları siyahısında saxlayacaq
ABŞ Prezidenti Co Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası Suriyada hakimiyyətə gələn “Həyat Təhrir əş-Şam” silahlı qruplaşmasını terror təşkilatları siyahısında saxlamağa qərar verib.
Redaktor.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Washington Post” məlumat yayıb.
Nəşrin məlumatına görə, Bayden administrasiyası 20 yanvarda başa çatan mandatı bitənə qədər HTŞ-i terror təşkilatları siyahısından çıxarmayacaq. Qəzet yazır ki, hakimiyyətdən gedən hakimiyyət “bu əsas qərarı növbəti administrasiyaya buraxacaq”.
Qeyd edək ki, 20 dekabr 2024-cü il tarixində ABŞ-nin yüksək rütbəli nümayəndə heyəti Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri Əhməd əl-Şaraa ilə görüş keçirib. Orada tərəflər xüsusilə Suriyadan sanksiyaların götürülməsi, həmçinin HTŞ-nin terror təşkilatları siyahısından çıxarılması məsələsini müzakirə ediblər.
Turan İSMAYIL