NATO Rumıniyada təlimlər keçirəcək
Rumıniya və digər NATO ölkələrindən təxminən 15 min hərbçi ilin birinci yarısında ölkədəki 7 poliqonda keçiriləcək “Dacia 25” və “Dacia Baharı 25” təlimlərində iştirak edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
""Dacia 25 "Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanlığı - SHAPE və ABŞ-nin Avropa Komandanlığı - USEUCOM tərəfindən planlaşdırılan digər çoxmillətli təlimlərlə əlaqələndirilməklə milli və müttəfiq qüvvələrin inteqrasiyası üçün lazımi çərçivə təmin edəcək", - məlumatda deyilir.
Məlumatda vurğulanır ki, “Steadfast Dart 25” manevrləri zamanı müttəfiqlərin cavab qüvvələri 2024-cü il iyulun 1-də yaradılandan bəri ilk dəfə operativ yerləşdirmə təcrübəsi keçirəcək. “Cənub-Şərq” çoxmillətli diviziyasının mayın 5-dən 26-dək keçirəcəyi “Dacian Spring 25” təlimi zamanı Fransa Rumıniya ərazisinə hərbi texnika ilə birlikdə təxminən 4 min fransız əsgərini daşıyacaq.
“Bütün planlaşdırılmış təlimlərə canlı atəşlə və atışsız taktiki hərəkətlər və təlimlər, paraşütlə tullanmalar, su keçidləri, şifrəli rabitə, hava, dəniz və quru sərhəd məntəqələri vasitəsilə tranzitin koordinasiyası, eləcə də sanitar tədbirlər daxildir”, - Rumıniya hərbi idarəsi qeyd edib.
Turan İSMAYIL