Mask ABŞ hakimiyyətini yanğınlarla bağlı tənqid ETDİ

 09:23 09.01.2025     107

Amerikalı milyarder İlon Mask ABŞ hakimiyyətini tənqid edərək, Kaliforniya rəhbərliyini ölkədəki ən pis lider adlandırıb.

Redaktor.az bu barədə o, "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.

Mask, əyalət hökumətindən şikayət edən istifadəçinin paylaşımına münasibət bildirib. O yazıb ki, Kaliforniya qubernatoru Gavin Newsom-un meşə və su idarəçiliyinə dair "uğursuz siyasətləri" dağıdıcı yanğınlara səbəb olub. İş adamı "Ddüzdür" deyə bu yazıya şərh verib.

Bundan əvvəl Los-Anceles yaxınlığında baş verən meşə yanğınları Hollivud təpələrinə çatmışdı. Hazırda alov Şöhrət Xiyabanından cəmi bir kilometr aralıdadır.

Türkan İSGƏNDƏRLİ