Mask Baş naziri vəzifəsindən uzaqlaşdırmaq İSTƏYİR
SpaceX-in qurucusu İlon Mask öz həmkarları ilə növbəti parlament seçkilərinə qədər Key Starmerin Böyük Britaniyanın Baş naziri vəzifəsindən uzaqlaşdırılması imkanını təkbətək müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə “The Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Mask və onun “sağçı müttəfiqləri” Britaniyanın Leyboristlər hökumətini necə sabitsizləşdirə biləcəklərini araşdırırlar. Xüsusilə, o, krallıqdakı digər siyasi hərəkatları, o cümlədən sağçı "Reform UK" partiyasını dəstəkləməyə çalışır. Belə ki, SpaceX-in qurucusu növbəti seçkilər öncəsi Böyük Britaniyanın baş naziri dəyişikliyinə təhrik etməyi planlaşdırır.
Nəşrin qeyd etdiyi kimi, Mask son altı ayda Britaniya siyasətinə maraq göstərməyə başlayıb və Starmer hökumətini getdikcə daha çox tənqid edir.
Türkan İSGƏNDƏRLİ