Aİ Çin firmalarına ticarət maneələri yaradır

 09:50 09.01.2025     117

Aİ orqanlarının Çin şirkətlərinə qarşı subsidiyaya qarşı araşdırmalarla bağlı hərəkətləri ticarət və investisiya maneələri yaradır.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi bəyanat yayıb.

“Xarici subsidiyalar haqqında müddəalara və onların həyata keçirilməsi qaydalarına əsasən Çin müəssisələrinin təhqiqatında Aİ-nin qəbul etdiyi müvafiq təcrübələr Xarici subsidiyaların araşdırılması Qaydalarının 3-cü maddəsinə uyğun olaraq ticarət və investisiya maneəsi təşkil edir”, - deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, 2024-cü ilin iyul ayının əvvəlində Brüssel Çindən gələn elektrik avtomobillərinə 17,4%-dən 37,6%-ə qədər rüsum tətbiq edib.

Türkan İSGƏNDƏRLİ