Ermənistan Aİ ilə bağlı qərar layihəsini TƏSDİQLƏDİ

 11:32 09.01.2025     95

Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qərar layihəsini təsdiqləyib və o, indi parlamentdə müzakirəyə çıxarılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Məlumata görə, layihəni xarici işlər naziri Ararat Mirzoyan təqdim edib.

Hökumətin əsaslandırmasına görə, təsdiq Ermənistan Respublikası vətəndaşlarının Avropa İttifaqının tamhüquqlu üzvü olacağı ilə bağlı gözləntilərini daha reallaşdıracaq, həmçinin gələcək müzakirələr üçün daha əlverişli mühit yaradacaq. 

Türkan İSGƏNDƏRLİ