Çadın Prezident Sarayına silahlı hücum EDİLDİ

 12:23 09.01.2025     105

Çadın paytaxtı Ncamenada Prezident Sarayının yerləşdiyi ərazidə silah səsləri eşidilib. Hökumət rəsmiləri vəziyyətin nəzarət altına alındığını açıqlayıblar.

Redaktor.az xəbər verir ki, məlumata görə, Prezident Sarayı ətrafında yerli vaxtla 20:45 radələrində silah səsləri qeydə alınıb. Saray mənbələri, silahlı şəxslərin bir nəqliyyat vasitəsi ilə kompleksə daxil olmağa çalışdıqlarını, lakin prezident mühafizəçilərinin bu cəhdi dəf etdiyini bildirib.

Çadın Xarici İşlər Naziri və Hökumət Sözcüsü Abderaman Koulamallah hadisədən sonra Prezident Sarayı önündə açıqlama verərək, vəziyyətin tam nəzarət altında olduğunu vurğulayıb.

Seymur BƏNNAYEV