Zurabişvili hələ də Gürcüstan Prezidenti olduğunu bəyan ETDİ
Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili dövlət başçısı olaraq qaldığını bəyan edib.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, o, yeni ofisində keçirdiyi ilk brifinqində prezident olaraq qaldığını bəyan edib.
“Sizi Orbeliani sarayının davamı olan yeni ofisdə salamlamaq istəyirəm, bu, Orbeliani sarayı olmaya bilər, amma ruh buradadır və hazırda çox dərin böhran içərisində olan prezident vəzifəsi burada davam edir”, - deyə Zurabişvili bildirib.
Xatırladaq ki, dekabrın 29-da Gürcüstanın hazırkı prezidenti Mixeil Kavelaşvilinin andiçmə mərasimi olub və o, prezidentin iqamətgahı olan Orbeliani sarayında öz səlahiyyətlərinin icrasına başlayıb.