2024-cü il Cənubi Koreyada ən isti il olub

 15:09 09.01.2025     173

Cənubi Koreyada illik orta temperaturun 14,5 dərəcəyə çatması ilə 2024-cü il ölkədə qeydə alınmış ən isti il olub.

Redaktor.az xəbər verir ki, Yonhap agentliyinin xəbərinə görə, Koreya Meteorologiya İdarəsi (KMA) 2024-cü ilin temperatur göstəriciləri ilə bağlı məlumat yayıb.

Açıqlamada bildirilib ki, 2024-cü ildə ölkədə ölçülən illik orta temperatur 2023-cü ildəki 13,7 dərəcəlik rekordu keçərək 14,5 dərəcəyə çatıb və bu göstərici Cənubi Koreyada qeydə alınan ən isti il kimi tarixə düşüb.

Temperatur artımının əsas səbəbi kimi dəniz səthi temperaturunun yüksəlməsi göstərilib.

Qeyd edək ki, Cənubi Koreyada illik orta temperatur 2023-cü ildə 13,7 dərəcə olmuş və o zamana qədər ən isti il kimi qeydə alınmışdı.

Seymur BƏNNAYEV