Tokayev naziri işdən ÇIXARDI
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ədliyyə naziri Azamat Yeskarayevi vəzifəsindən azad edib.
Redaktor.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
İstefanın səbəbləri açıqlanmayıb.
A.Yeskarayev bu vəzifəyə 2023-cü ilin yanvarında təyin olunmuşdu.