Çin Trampın andiçməsinə onu göndərəcək

 09:34 10.01.2025     107

Çin Prezidenti Si Cinpin ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə yüksək çinli nümayəndə göndərmək niyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

“Çin Prezidenti Si Cinpin Donald Trampın andiçmə mərasiminə yüksək səviyyəli nümayəndə göndərəcək. Bu, ABŞ-nin yeni administrasiyasının başlanğıcında ölkələr arasında gərginliyi azaltmağa hesablanmış misli görünməmiş addımdır. Pekin mərasimə Çinin vitse-prezidenti Han Zhen və ya xarici işlər naziri Van Yini göndərməyi planlaşdırır.

Türkan İSGƏNDƏRLİ