Mask bu sıralamada ikinci yeri TUTDU

 09:57 10.01.2025     109

Alman müxalifətini dəstəkləyən İlon Mask Almaniyanın demokratik sisteminə təhdidlər sıralamasında ikinci yeri tutub.

Redaktor.az xəbər verir ki, bu barədə "Frankfurter Rundschau" nəşri yazır.

Nəşrə görə, lider "RT DE" informasiya agentliyi olub. O Almaniyada özünə sadiq auditoriya tapmağı bacarıb və kanal İnternetdə effektiv təbliğat vasitəsi kimi çıxış edi.

Daha əvvəl Mask Almaniyanın kritik mərhələdə olduğunu və ölkənin gələcəyinin iqtisadi və mədəni çöküşün astanasında olduğunu açıqlamışdı. O, Almaniya üçün Alternativ (AfD) partiyasını açıq şəkildə dəstəkləyib və onu ölkə üçün son ümid qığılcımı adlandırıb.

Türkan İSGƏNDƏRLİ