ABŞ-nin kəşfiyyat təyyarəsi bu ərazilərə YAXINLAŞDI
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi Finlandiyanın şərq sərhədi boyunca müşahidə uçuşu həyata keçirib.
Redaktor.az xəbər verir ki, bu barədə Yle ictimai yayımı məlumat yayıb.
Məlumata görə, uçuş cümə axşamı Yoensuu və Kouvola şəhərləri arasında baş tutub. Belə ki, "Boeing RC-135W Rivet Joint" təyyarəsi Böyük Britaniya aviabazasından havaya qalxaraq Danimarka və İsveçin hava məkanından keçib və Finlandiya-Rusiya sərhədinə doğru uçub. Təyyarə təxminən 10 min metr hündürlükdə olub.
"RC-135W Rivet Joint" radar siqnallarını və müxtəlif radio sistemlərini aşkarlaya bilən siqnal kəşfiyyat təyyarəsidir. Belə uçuşların əsas məqsədi müşahidə olunan ölkənin silahlı qüvvələrinin fəaliyyəti haqqında məlumat toplamaqdır.
Türkan İSGƏNDƏRLİ