Putin heç bir şərt olmadan Trampla görüşməyə hazırdır - Kreml
Rusiya Prezidenti Vladimir Putin Amerikanın yeni lideri Donald Trampla heç bir şərt olmadan görüşməyə hazırdır. Bu cür təmasların təşkili Vaşinqtondan istək və siyasi iradə tələb edir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə Trampın Putinlə görüş planları ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Prezident Putin dəfələrlə beynəlxalq liderlərlə, o cümlədən ABŞ prezidenti və Donald Trampla təmaslara açıq olduğunu bəyan edib”, - Kremlin sözçüsü xatırladıb.
"Bunun üçün heç bir şərt tələb olunmur. Dialoqa girmək və mövcud problemləri dialoq yolu ilə həll etmək üçün qarşılıqlı istək və siyasi iradə tələb olunur”, - deyə Peskov əlavə edib.
Tramp bundan əvvəl prezidentliyinin ilk altı ayında Putinlə görüşmək istədiyini və bu cür təmaslara hazır olduğunu bildirmişdi.
Turan İSMAYIL