Priqojinin anası ilə bağlı qərar VERİLDİ
Yaponiya Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin yaradıcısı Yevgeni Priqojinin anası Violettanı sanksiya siyahısından çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Məlumata görə, ümumilikdə 8 nəfər sanksiya siyahısından çıxarılıb.
Violetta Priqojinaya qarşı sanksiyalar 2022-ci ilin fevralında tətbiq edilib. Onu Yevgeni Priqojinlə əlaqəli olan "Concord Management and Consulting" MMC-nin sahibi olduğu bildirilir. Sentyabr ayında Avropa İttifaqı da oxşar qərar qəbul edib.
Yevgeni Priqojin 2023-cü il avqustun 23-də Rusiyanın Tver vilayətində təyyarə qəzasına uğrayaraq ölüb. Qəza zamanı təyyarənin göyərtəsində 3 ekipaj üzvü də daxil 10 nəfər olub və onların hamısı ölüb.
Priqojinin Rusiya prezidenti Vladimir Putinin sifarişi ilə öldürüldüyü iddia olunur.