Kursk istiqamətində hərbi əməliyyatlarına 60 minlik şəxsi heyət cəlb edilib - Zelenski
![](https://img.redaktor.az/news/2025/01/photo_266620.jpg)
“Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatlarına 60 min nəfərlik şəxsi heyət cəlb edilib”.
Redaktor.az-ın xəbərinə görə, bunu “RAI News 24” telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O əlavə edib ki, Avropa və ABŞ-dən olan tərəfdaşlar ordunun Kursk istiqamətində hərbi əməliyyatlara başlayacağı barədə məlumatlandırılıb.