Prokuror Trampın həbs olunmamasını İSTƏDİ
ABŞ prokuroru Coşua Steinqlas bildirib ki, prokurorluq yeni seçilmiş prezident Donald Trampın qeyd-şərtsiz azadlığa buraxılmasını tövsiyə edir.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
"Hörmətli cənab, siz qeyd-şərtsiz azadlığa buraxılma hökmü çıxarmaq niyyətinizi əvvəlcədən bildirmisiniz. Bu işin bütün hallarını, onun unikal xarakterini və müttəhimin seçilmiş prezident statusunu nəzərə alaraq, ittiham tərəfi həmin hökmü tövsiyə edir", - deyə hakim hökmü elan etməzdən əvvəl məhkəmə iclasında Steinglass vurğulayıb.
Şərtsiz azadlığa buraxılması o deməkdir ki, Tramp həbs olunmayacaq, cərimələr və sınaq müddəti olmayacaq. Bu qərar prezidentin toxunulmazlığı ilə bağlı unikal vəziyyət və prinsiplərlə bağlıdır.
Turan İSMAYIL