Ukrayna Rusiya qazının tranzitini bərpa etməyi planlaşdırmır - Denis Şmıqal

 19:53 10.01.2025     80

Ukrayna Rusiya qazının tranzitinin uzadılması üçün müqavilə imzalamağı planlaşdırmır.

Redaktor.az xəbər verir ki, bunu ölkənin Baş naziri Denis Şmıqal Ali Radada bildirib.

"Hazırda sıfır tranzit şəraitində işləyən Ukraynanın qaz nəqli sisteminin fəaliyyəti energetika sahəsinin dayanıqlığının mühüm elementi olaraq qalır. Biz Rusiya qazının tranziti ilə bağlı heç bir müqavilə imzalamağı planlaşdırmırıq", - o qeyd edib.

Baş nazirin sözlərinə görə, 2025-ci il üçün prioritet məsələ qaz hasilatının, eləcə də Ukraynanın perspektiv vəd edən yataqlarına sərmayələrin artırılmasından ibarətdir.