2024-cü il ən isti il kimi qeyd edilib - Dünya Meteoroloji Təşkilatı

 20:57 10.01.2025     95

Dünya Meteoroloji Təşkilatı (WMO), səth temperaturunun sənaye öncəsi dövrün orta göstəricilərindən təxminən 1,55 dərəcə yüksək qeydə alındığını təsdiqləyərək, 2024-cü ilin indiyədək ən isti il olduğunu açıqladı.

Redaktor.az xəbər verir ki, WMO, 6 beynəlxalq qurumun məlumatlarına əsaslanaraq keçən il qeydə alınmış istiliklə bağlı hesabat yayımlayıb.

Hesabatda qeyd edilir:

"WMO, səth temperaturunun 1850-1900 dövrünü əhatə edən sənaye öncəsi orta göstəricilərdən təxminən 1,55 dərəcə yüksək qeydə alındığını təsdiq edir və 2024-cü ilin ən isti il olduğunu bildirir".

Seymur BƏNNAYEV