Qəzzada İsrail hücumları nəticəsində 4 500 şəxs əzalarını İTİRİB

 21:03 10.01.2025     91

Qəzzadakı Səhiyyə Nazirliyi, 7 oktyabr 2023-dən 2024-cü ilin sonuna qədər davam edən İsrail hücumları nəticəsində 4 500 fələstinlinin amputasiya yaşadığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, Nazirliyin Məlumat Şöbəsinin rəhbəri Zahir əl-Vahidi, hücumların başladığı dövrdən bu yana qeydə alınan amputasiya hallarının 800-nün uşaq, 540-nın isə qadın olduğunu bildirib.

Əl-Vahidi, İsrail hücumlarının davam etməsi ilə bu rəqəmlərin artacağını və uzun müddətdir davam edən mühasirə səbəbindən sağlamlıq sektorunun bu böhranı idarə etməkdə çətinlik çəkəcəyini vurğulayıb.

O, Qəzzadakı səhiyyə sektorunun böyüyən böhranı həll edə bilməsi üçün təcili tibbi və humanitar yardıma ehtiyacı olduğunu qeyd edərək, beynəlxalq ictimaiyyəti İsrailin qanun pozuntularını dayandırmaq və mülki şəxslərin qorunmasını təmin etmək üçün hərəkətə keçməyə çağırıb.

Seymur BƏNNAYEV