ABŞ-nin yeni sanksiyaları elan etməsindən sonra “Qazprom Neft”in səhmləri bahalaşdı
ABŞ Maliyyə Nazirliyinin Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini elan etdikdən sonra Moskva birjasında “Qazprom Neft”in səhmləri dərhal 4,4% bahalaşaraq bir səhm üçün 620 rubla satılıb.
Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi Rusiyadan karbohidrogenlərin daşınması ilə məşğul olan 100-ə yaxın gəmiyə, həmçinin "Sovcomflot" və "Qazprom Neft"lə əlaqəli gəmilərə qarşı sanksiyalar tətbiq edib.
Məhdudiyyətlər həmçinin OFS Technologies, Achimgaz, Gazprom Shelfproekt, Atlas NNB, FrakJet-Volga, Investgeoservice, Naftagaz-Burenie, Petro Welt Technologies, TNG-Group, UDS Neft və digər neft yataqları da daxil olmaqla 30 Rusiya şirkətinə şamil edilib.
Turan İSMAYIL