Sarkozi də tarixə düşdü - elektron qolbaq taxmalı olacaq
Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2025-ci il ərzində təsir imkanlarının pozulmasına və istintaq sirrinin pozulmasına görə cəzasının icrasına nəzarət etmək üçün hər zaman elektron qolbaq taxmağa məcbur olacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Bildirilib ki, Sarkozinin "qolbaq taxmaq üçün yaxın vaxtlarda hakim qarşısına çıxması tələb olunur". Keçmiş prezident arayışları təqdim etməlidir ki, onun əsasında hakim məhkumun daimi yaşayış yerini müəyyənləşdirsin.
Sarkoziyə həftə içi və həftə sonları gəzinti üçün də vaxt veriləcək.
Qeyd edək ki, dekabrın 18-də Fransa Kassasiya Məhkəməsi Sarkozinin müdafiə tərəfinin hökmdən apellyasiya şikayəti vermək cəhdini rədd etdi və onun üç il, o cümlədən bir il elektron qolbaqla cəzalandırılmasını yekunlaşdırdı. Sabiq dövlət başçısı da üç il müddətinə seçkilərdə iştirak etmək hüququndan məhrum edilib.
Cəzasının başlaması ərəfəsində Sarkozi Yeni il tətillərini Fransadan kənarda keçirə bilib. O, həyat yoldaşı, müğənni Karla Bruni və 13 yaşlı qızı Culiya ilə Seyşel adalarında istirahət edirdi.
2007-ci ildə respublika prezidenti seçilməzdən əvvəl (2012-ci ilə qədər bu vəzifədə idi) Sarkozi iki il Daxili İşlər Nazirliyinə rəhbərlik edib və bu vəzifədə Fransa polisinin baş kuratoru olub. O, Fransa tarixində elektron qolbaq taxmağa məhkum edilən ilk prezident olub.
Turan İSMAYIL