Los-Ancelesdə gecə küçəyə çıxmaq qadağan EDİLDİ
ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində baş verən yanğınlardan təsirlənən bəzi bölgələrdə gecə küçəyə çıxma qadağası tətbiq ediləcək. Qərara əməl etməyənlər həbs olunacaq.
Redaktor.az xəbər verir ki, Los-Anceles Bölgəsi Şerifi Robert Luna və digər yerli rəsmilər hadisə ilə bağlı mətbuat konfransı keçirib.
Luna, Palisades və Eaton bölgələrində gecə küçəyə çıxma qadağasının qüvvəyə minəcəyini elan edib.
"Bu bölgələrdə ola bilməzsiniz. Əgər olsanız, həbs olunacaqsınız", - deyən Luna, bu addımın təxliyə edilmiş evlərin qorunması məqsədilə atıldığını qeyd edib.
Luna həmçinin, küçəyə çıxma qadağasını pozan şəxslərin "qanunsuz davranış" ittihamı ilə məhkəməyə çıxarılacağını, təqsirli bilinənlərin isə 1000 dollar cərimə və ya həbs cəzası ilə üzləşəcəyini vurğulayıb.
Seymur BƏNNAYEV