Bu qədər addım atanlar MÜKAFATLANDIRILACAQ
Özbəkistanda gündə 10 000 addım atan vətəndaşları mükafatlandırılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə "Uz.Daily" nəşri yazıb.
Bildirilir ki, layihə “Ətraf mühitin mühafizəsi və yaşıl iqtisadiyyat ili”ndə “Özbəkistan-2030” strategiyası çərçivəsində nəzərdə tutulub.
Ölkənin Ekologiya Nazirliyi və Rəqəmsal İnkişaf Nazirliyi 2025-ci il iyunun 1-dək fəaliyyətə başlayacaq aktiv həyat tərzinin təbliği üçün platforma yaradacaq. Yüksək nəticələr əldə edən şəxslər “ekoloji fəal vətəndaş” statusu alacaq, onlara dövlət xidmətlərində və kreditlərdə 10% endirim ediləcək.
Belə vətəndaşları olan ailələr arasında hər il lotereya keçiriləcək və 14 nəfər elektrik avtomobili veriləcək.