Kiyev daha çox hərbi yardım almalıdır - Berbok

 19:01 12.01.2025     102

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Kiyev Berlindən planlaşdırıldığından daha çox hərbi yardım almalıdır. O hesab edir ki, bu, Almaniyanın özünün təhlükəsizliyinə töhfə olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Spiegel” yazır.

Məlumata görə, Berbok israr edir ki, bu addım atılmasa, o zaman Ukrayna özünü daha az müdafiə edə biləcək:

“Bundan sonra bizi daha az qoruya bilər. Əlbəttə, bu həm də o deməkdir ki, Ukrayna özünü müdafiə edə bilməyəcək və deməli, bizi qoruya bilməyəcək. Ukraynaya hərbi dəstək Avropada təhlükəsizliyimizin və Almaniyanın təhlükəsizliyinin ən yaxşı müdafiəsidir".

Qeyd edək ki, 20 dekabr 2024-cü ildə Almaniya kansleri Olaf Şolts Avropa Şurasının iclasında Almaniyanın Ukraynaya daha bir IRIS-T hava hücumundan müdafiə sistemi göndərdiyini elan etdi. Yanvarın 10-da isə məlum olub ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok və müdafiə naziri Boris Pistorius Bundestaq seçkilərinə qədər Ukraynaya silah tədarükü üçün təxminən 3 milyard avro ayırmaq istəyirlər, lakin kansler Olaf Şolts buna müqavimət göstərir.