Venesuela Baş Konsulluğuna partlayıcı ATILDI
Portuqaliyanın paytaxtı Lissabonda Venesuela Baş Konsulluğunun binasına naməlum şəxslər tərəfindən partlayıcı atılıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Avronyus” məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı xəsarət alan olmasa da, binaya zərər dəyib.
Portuqaliya rəsmiləri hücumu pisləyib və təhlükəsizlik tədbirlərinin artırılmasına göstəriş verib.